15.12.2024 16:31
Beynəlxalq Dənizçi Qadınlar Günü münasibətilə IMO-nun baş katibi Kitak Lim ictimaiyyətə müraciət edib. O, Beynəlxalq Dənizçi Qadınlar Günü münasibətilə dünyada fəaliyyət göstərən bütün dənizçi xanımları təbrik edib.
Allmarinenews - un məlumatına görə, baş katib bildirib ki, qadınlar dəniz sənayesi üçün rəqəmsallaşdırılmış və daha dayanıqlı gələcəyə keçidi dəstəkləmək üçün bütün dünyada, sahildə və dənizdə dənizçilik sektorunun bütün sahələrində çalışırlar.
“Dənizdə hələ də ciddi gender balanssızlığı mövcuddur, lakin biz bu dəyişikliyi sürətləndirməliyik. İşçi qüvvəsində təkmilləşdirilmənin faydaları bütün sektorlarda göz önündədir. Dəniz sektorunda gender bərabərliyinə nail olmaqda əməkdaşlıq və bir sıra planların vacibliyini vurğulayan Kitak Lim bu mövzuda bir çox həmfikir qurumlarla əməkdaşlıq edildiyini nəzərə çatdırıb.
“Gender bərabərliyi davamlı gələcək üçün əsas sütun kimi tanınır. Bu Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Gündəliyinin əsasını təşkil edən 17 məqsəddən biri olan və bütün dünya ölkələrinin həyata keçirməyə söz verdiyi Dayanıqlı İnkişaf Məqsədi 5-də öz əksini tapıb.
Artıq ikinci ildir ki, 18 May Beynəlxalq Dənizçi Qadın günü kimi qeyd edilir. Bu Əlamətdar gün həmçinin dənizdə qadınların profilinin yüksəldilməsi, IMO-nun Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 5-ə (gender bərabərliyi) sadiqliyinin gücləndirilməsi və dənizdə mövcud gender balanssızlığının aradan qaldırılması yönündə atılan addımların dəstəklənməsinə xidmət edir, - deyə baş katib bildirib.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32