Beynəlxalq Dəniz Təşkilatı (IMO) gəmiçilik sənayesinə beynəlxalq donanmasından xalis sıfır istixana qazı emissiyalarına nail olmaq üçün ortamüddətli tədbirlər hazırlayır. Tədbirlər IMO-nun Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin 81-ci sessiyası çərçivəsində müzakirə edilib.
Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı rəsmi məlumat yayıb.
Tədbir planına ortamüddətli tədbirlərə dəniz yanacaqları üçün qlobal yanacaq standartının yaradılması və gəmilərdən istixana qazı emissiyaları üçün qlobal qiymət mexanizminin yaradılması daxildir. Məqsəd 2050-ci ilə qədər daşımalara ədalətli keçidi təmin etməkdir.
İclasda çıxış edən İMO-nun Baş Katibi Arsenio Dominguez bildirib ki, dənizçilik sənayesinin karbonsizləşdirilməsi böyük problem olmaqla yanaşı, həm də beynəlxalq gəmiçilik sektorunu iqlim dəyişikliyi və davamlılıq üzrə qlobal öhdəliklərlə uyğunlaşdırmaq üçün bir fürsətdir.
O qeyd edib ki, üzv dövlətlər məsələlərin ümumi anlaşılması və bu istiqamətdə birgə işi davam etdirmək üçün öhdəliklərə hazır olduqlarını ifadə ediblər.
Bundan əlavə 81-ci sessiyanın digər məsələlərinə gəmilərin enerji səmərəliliyi, dəniz tullantıları ilə mübarizə, ballast sularının idarə edilməsi, regional emissiyaya nəzarət zonalarının təsdiqi, köhnə gəmilərin təkrar emalı və sualtı səs-küyün azaldılması və sair daxildir.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14