15.12.2024 16:31
Beynəlxalq Dəniz Təşkilatı BMT-nin Təhlükəsizlik Şurasının Qırmızı dənizdə gəmilərə hücumları pisləyən qətnaməsi ilə bağlı bəyanat yayıb.
Allmarinenews xəbər verir ki, bu barədə təşkilatın baş katibi Arsenio Dominqes məlumat verib.
O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beynəlxalq hüquqa uyğun olaraq ticarət gəmiləri tərəfindən naviqasiya hüquq və azadlıqlarının həyata keçirilməsini təsdiq edən qətnaməsini təqdirəlayiq hesab edib.
"Bütün dünya beynəlxalq daşımalardan asılıdır. Dənizçilər, gəmilər və yüklər hücuma məruz qalmamalıdır. Dənizçilərin təhlükəsizliyini, naviqasiya azadlığını və təchizat zəncirlərinin sabitliyini təmin etmək üçün hamımız birlikdə çalışmalıyıq. Qırmızı dənizdə və daha geniş regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün ehtiyatlılıq və təmkin çağırışlarına qoşuluram" - deyə, baş katib bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası yanvarın 10-da Yəmən husi üsyançılarının Qırmızı dənizdə hücumlarını pisləyən ABŞ-ın qətnamə layihəsini qəbul edib.
Qəbul edilmiş qətnamə “husilərdən qlobal ticarətə mane olan, naviqasiya hüquq və azadlıqlarını pozan, regional sülh və təhlükəsizliyi pozan bütün bu cür hücumları dərhal dayandırmağı tələb edir”.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32