14.03.2025 19:12
“Bu gün Litva və Azərbaycan mühüm nəqliyyat hablarıdır”.
Allmarinenews xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Azərbaycan-Litva biznes forumunun açılışında deyib.
Onun sözlərinə görə, hər iki ölkənin işgüzar dairələrinin diqqət yetirməli olduğu mühüm sahələrdən biri logistika və nəqliyyatdır.
"Biz nəqliyyat sektoruna təkcə tranzitdən gəlir mənbəyi kimi deyil, həm də kiçik və orta sahibkarlıq üçün fürsət kimi baxırıq. Bu gün Litva və Azərbaycan regionumuzda mühüm nəqliyyat hablarıdır", - dövlət başçısı bildirib.
Prezident əlavə edib ki, Azərbaycan Xəzər dənizi vasitəsilə daha çox yük daşımaq üçün dəniz limanlarının infrastrukturuna, gəmilərin tikintisinə böyük sərmayələr yatırır. O, bunun iki ölkə arasında əməkdaşlıqda mühüm sahəyə çevrilə biləcəyini qeyd edib.
//Report
14.03.2025 19:12
01.03.2025 11:59
14.02.2025 10:40
05.02.2025 11:50
30.01.2025 20:23
27.01.2025 18:15