Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 02.05.2024 16:09

Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib.

Allmarinenews xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, H.Əsədov Prezidentin 3 aprel 2019-cu il tarixli sərəncamı ilə Akademiyanın rektoru təyin edilmişdi.