Rostov-na-Donuda fövqəladə hadisə baş verib. Belə ki, Don çayı ilə hərəkət edən yük gəmisi körpüyə çırpılıb.
Allmarinenews-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə nümayəndəsinin aydınlaşdırıb ki, insident sükan idarəetməsinin nasazlığı səbəbindən baş verib.
Bildirilir ki, yükdaşıyıcı dəmiryol körpüsünün aralığına daxil olub. Nəticədə gəminin kapitanının kabinəsi sökülüb.
Hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirir.
Yük gəmisi estakada yedəyə alınıb. Dəmir yolları zədələnməyib, körpü normal işləyir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, gəmi metal qırıntıları yükü ilə hərəkət edib.
Əməliyyatçılar araşdırma aparır.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14