Bu gün 82 ölkədən 2 mindən çox şirkət öz dəniz məhsul və xidmətlərini nümayiş etdirmək üçün "Poseydoniya" gəmiçilik sərgisində toplaşır.
Allmarinenews xəbər verir ki, İyunun 7-dək keçirilməsi nəzərdə tutulan Afina Metropolitan Sərgisində başlayır və dünyanın bir çox yerindən mütəxəssislər qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq və təcrüblərini bölüşmək üçün bir araya gələcək.
Sərgiyə 40,000-dən çox ziyarətçi və iştirakçının qatılması nəzərdə tutulub və indiyədək keçirilən ən böyük sərgi olduğu bildirilir.
82 ölkədən 2030 sərgi iştirakçısı geniş yarmarka meydançasında və məkanın bəzi açıq sahələrində öz məhsullarını nümayiş etdirəcək.