15.12.2024 16:31
Dünya Bankı və “S&P Global Market Intelligence” dünya üzrə konteyner limanlarının səmərəlilik indeksini (CPPI) dərc edib.
Allmarinenews xəbər verir ki, 348 yükaşırma müəssisəsi arasından Çinin Yanşan limanı ən səmərəli konteyner limanı hesab edilib.
Salalah (Oman) ikinci, Xəlifə (BƏƏ) üçüncü, Tanjer Med (Mərakeş) limanı dördüncü yerə layiq görülüb.
Latın Amerikasındakı limanlar 2022-ci ildə səmərəliyini yaxşılaşdırıb. Beləliklə, Kartaxena limanı (Kolumbiya) siyahıda beşinci, Posorya limanı (Ekvador) isə 19-cu pillədə qərarlaşıb.
Cənub-Şərqi Asiyada Tanjung Pelepas (Malayziya) limanı bu il altıncı yerə, Vyetnamın Say Mep limanı 12-ci yerə, Sinqapur isə 18-ci yerə yüksəlib.
Algeciras limanı (İspaniya) 16-cı yerdədir və Avropanın ən yüksək reytinqli limanıdır.
Şimali Amerika liderləri Uilminqton və Virciniya limanlarıdır (müvafiq olaraq 44-cü və 52-ci).
144-cü yerdə qərarlaşan Berbera (Somali) limanı Afrikanın ən səmərəli limanı olub.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32