Macarıstan polisi Dunay çayında iki nəfərin ölümünə səbəb olan kiçik motorlu qayıqla toqquşmada iştirak edən İsveçrədə yerləşən kruiz gəmisinin kapitanını saxlayıb.
Allmarinenews xəbər verir ki, polis kruiz gəmisinin heyəti, göyərtəsində olan turistlər və digərləri də daxil olmaqla 25 nəfəri şahid qismində dindirib. Məlum olub ki, kapitan qəzadan sonra zərərçəkənləri xilas etmək üçün heç bir tədbir görməyib, kömək göstərməmək də daxil olmaqla, çoxsaylı qanun pozuntularında şübhəli bilinərək saxlanılıb.
Qeyd edək ki, ötən gün Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14