15.12.2024 16:31
Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 33-cü sessiyasında Dövlət Liman Nəzarəti üçün prosedurlar ilə edilmiş dəyişiklik yeni A.1185(33) nömrəli qətnamə 1 yanvar 2024-cü il tarixində qüvvəyə minəcək.
Allmarinenews bu barədə Beynəlxalq Dəniz Təşkilatına istinadən xəbər verir.
Yeni qətnamə hazırda qüvvədə olan Beynəlxalq Dəniz Təşkilatının A.1155(32) nömrəli qətnaməsinə daxil olan düzəlişləri özündə ehtiva edir.
Dövlət Liman Nəzarəti yoxlamalarının aparılması, gəmi və ya onun heyət üzvlərinin hər hansı çatışmazlıqlarının yoxlanılması üzrə əsas təlimatları təmin etmək məqsədi daşıyır.
Yeniliklərə aşağıdakı dəyişikliklər daxildir:
Dənizdə Əməyə Dair Konvensiyasına (MLC) 2014-cü il düzəlişinin tələb etdiyi kimi, Əlavə 13-də Dövlət Liman Nəzarətinin yoxlama hesabatına sığorta şəhadətnaməsinin qüvvədə olma müddəti və maliyyə təhlükəsizliyi təminatçılarının müqaviləsi haqqında məlumat daxil edilməklə düzəliş edilmişdir.
Fəsil 3 - Standartlara uyğun olmayan gəminin yoxlanılmasının dayandırılması.
Yoxlamanın dayandırılması halında Administrasiyalara və müvafiq təşkilata məlumat verilməsi üzrə təlimat.
"Dənizdə Əməyə Dair Konvensiya"nın VI əlavəsi üzrə gəmilərin saxlanması üçün təlimatlara aşağıdakılar əlavə edilmişdir:
- 2023-cü ildən etibarən Karbon İntensivliyi Reytinqinə və hər növbəti il üçün tələb olunan etibarlı Uyğunluq Bəyannamələrinin (Qayda 28) olmaması saxlanıla bilən çatışmazlıq hesab ediləcək.
Dövlət Liman Nəzarəti müfəttişləri (PSCO) gəminin bayrağını yaxud şirkətini dəyişdikdə əvvəlki bayraq administrasiyasının qaydalara və şərtlərə əməl etmədikdə və əvvəlki şirkət lazımi məlumatları təqdim etmədikdə praqmatik yanaşma nümayiş etdirməlidir.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32