15.12.2024 16:31
Son altı ay ərzində Dövlət Dəniz və Liman Agentliyində dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində bir sıra səmərəli islahatlar həyata keçirilib.
Allmarinenews xəbər verir ki, bunu Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov dənizçilik sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinin rəhbərləri ilə görüş zamanı deyib. Bildirib ki, islahatların keçirilməsinədə əsas prioritet dənizçilərin əmək hüquqlarının qorunması, onların peşəkarlığının artırılması və əmək fəaliyyətinin fasiləsizliyinin təmin edilməsidir.
Qurum rəhbəri qeyd edib ki, dənizçilərin rahatlığının və məmnunluğunun təmin edilməsi istiqamətində atılan mühüm addımlardan biri onlara verilən sertifikatların (diplomlarının) sadələşdirilməsi olub. Belə ki, 2021-ci ilin dekabr ayından etibarən təkmilləşdirmə kursunu bitirmiş komandir heyəti üzvləri etibarlılıq müddəti bitmiş sertifikatlarını (diplomlarının) yenisi ilə əvəz etmək üçün imtahandan azad olunublar. İdarə Heyətinin sədri Arif Məmmədov həmçinin sadələşdirmə prosesinin sıravi heyət ixtisasları (növbə matrosu, növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kranoperatoru) üzrə hazırlığı bitirmiş şəxslərə də şamil edildiyini diqqətə çatdırıb.
Görüş zamanı cari ilin yanvar-aprel aylarında Beynəlxalq Dəniz Təşkilatının (BDT) rəsmi auditorları tərəfindən keçirilən auidit yoxlamalarından Dövlət Dəniz və Liman Agentliyinin müvəffəqiyyətlə keçdiyi, yoxlamalar zamanı dənizçilik sahəsində təhsil, tədris və təlim prosesinin, dənizçilərin bilik və bacarığının qiymətləndirilməsinin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğunluğu təhlil edilərkən heç bir uyğunsuzluq aşkar olunmadığı diqqətə çatdırılıb.
Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov görülən işlərin, həyata keçirilən islahatların uğurlu nəticəsi kimi onu da vurğulayıb ki, BDT-nin Dəniz Təhlükəsizliyi Komitəsinin 105-cı sessiyasında Azərbaycan Respublikasının BDT-nin “Ağ siyahısı”nda yer alması barədə BDT-nin digər 175 üzv dövlətlərinə məlumat verilməsi barədə qərar qəbul edilib.
Tədbirdə dənizçilik sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinin rəhbərləri də həyata keçirilən islahatları yüksək qiymətləndirərək dənizçilər üçün olduqca faydalı olduğunu, bu sahənin daha da inkişafı üçün perspektiv imkanlara yol açacağına əminliklərini ifadə ediblər.
Görüş zamanı tədbir iştirakçıları yeni təkliflər səsləndirərək fikir mübadiləsi aparıblar.
Sonda belə səpkili görüşlərin müntəzəm olaraq keçirilməsinə qərar verilib.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32