Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir.
Allmarinenews xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.
“Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra, istehsal olunan tanker və quru yük daşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”, - deyə dövlət başçısı vurğulayıb.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31