15.12.2024 16:31
"Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir".
Allmarinenews xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.
"Nisbətən sonra yaratdığımız və hazırda Azərbaycanı, Gürcüstanı, Türkiyəni birləşdirən və Avropaya qədər uzanan dəmir yolu bağlantısı uğurla icra etdiyimiz neft və qaz kəmərləri layihələrindən qaynaqlandı. Hesab edirəm ki, dəhlizin bu tərəfində işlər tamamlanıb, o cümlədən nəqliyyat infrastrukturu yerindədir", - İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir:
"Bununla yanaşı, Türkmənistan, Qazaxıstan və Azərbaycanın limanlarını, yaxşı dəmir yolu bağlantısına malik Mərkəzi Asiya ölkələrini qeyd etmək lazımdır. Beləliklə, iştirakçı dövlətlərdən - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropalı tərəfdaşlardan ibarət icraiyyə komitəsi və ya idarə heyəti yaradılmalıdır".
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32