15.12.2024 16:31
Azərbaycan Sığortaçılar Asosiasiyasının təşkilati dəstəyi, “Liman Sığorta və Təkrarsığorta Brokeri”, “United Alliance Group”, “ZenithSurvey”, “Azerbaijan Maritime Registry of Shipping” şirkətlərinin sponsorluğu ilə Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfrans” keçiriləcək.
Konfrans 17 Oktyabr 2023 tarixində, 14.00-18.00 arası “Baku Marriott Boulevard” oteldə baş tutacaq. 18:00-da isə iştirakçılar şam yeməyinə dəvət ediləcək.
Azərbaycan Sığortaçılar Assosiasiyasının, sığorta şirkətlərinin nümayəndələrinin, çoxillik təcrübəyə malik dənizçilərin, bir sıra dövlət qurumlarının eləcə də sığorta sahəsində yerli və xarici mütəxəsisslərin iştirakı ilə nəzərdə tutulmuş konfrans dənizçilərin sığorta sahəsində maarifləndirilməsini, sığorta brokerinin dənizçilər üçün əhəmiyyətini, icbari sığorta sistemlərinin üstünlükləri və inkişafını, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydasını, sığorta məhsullarının təqdimatını əhatə edəcək.
Məruzələr müvafiq sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və panel müzakirələr təşkil olunacaq.
Konfransın keçirilməsində məqsəd dənizçilərin sığorta sahəsində maarifləndirilməsini artırmaq, sığorta brokerinin dəstəyinin önəmini vurğulamaq, mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün vacibliyini diqqətə çatdırmaqdır.
Tədbir dənizçilik sahəsində çalışan bütün şəxslər üçün açıqdır.
Dənizçilər tədbirdə iştirak edərək sığorta ilə bağlı suallarınıza cavab tapıb, ətraflı məlumat əldə edə bilərlər.
Konfransda iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
Tədbirdə iştirak ödənişsizdir.????
Qeydiyyatdan keçmək və konfransın proqramı ilə tanış olmaq üçün linkə keçid edə bilərlər.
https://limanevent.com/#section-register
????: +994 999 555 444
WhatsApp: +994 999 555 333
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32