United Alliance Groupda artıq dənizçi olmaq istəyən şəxslər üçün "Növbə matrosu" və "Növbə motorçusu" ixtisası üzrə peşə kurslarına start verilib.
Allmarinenews-un məlumatına görə, dənizçilik peşəsində çalışmaq istəyən hər bir şəxs bu peşə kursundan yararlana biləcək.
Peşə üzrə hazırlıq müddəti 3 ay tədris və 3 ay təcrübə olmaqla 6 ayı əhatə edir. Təcrübə gəmidə keçiriləcək.
Eyni zamanda dənizçilik peşəsində çalışmaq istəyən hər bir şəxs peşə kurslarımız üçün nəzərdə tutulan güzəştli ödəniş üsulundan yararlana biləcək. Belə ki, tədris keçənlər ödənişi 3 ay müddətində hissə-hissə ödəyə biləcəklər. Bundan əlavə kursun sonunda STCW sertifikatlarının əldə olunması zamanı da xüsusi güzəştli qiymətlərimizdən yararlanma fürsəti olacaq.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31