21.11.2024 01:00
Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Dördlü) liderləri Tokioda dəniz sərhədlərinin təhlükəsizliyinə yönəlmiş təşəbbüslə çıxış edəcəklər.
Allmarinenews xəbər verir ki, bu barədə Ağ Evin bazar ertəsi dərc olunmuş məlumatında deyilir.
"Tokio sammitində liderlər böyük dəniz təşəbbüsünü - Dəniz Maarifləndirilməsi üzrə Hind-Sakit Okean Tərəfdaşlığının (IPMDA) yaradılmasını dəstəkləyəcəklər.
Bildirilir ki, IPMDA-nın köməyi ilə Sakit okean adaları, Cənub-Şərqi Asiya və Hind okeanındakı tərəfdaşlar öz dəniz sərhədlərində vəziyyətə tam nəzarət edə, o cümlədən qeyri-qanuni gəmiçilik və yaxınlaşan gəmiləri izləyə biləcəklər. Bundan əlavə, təşəbbüs tərəfdaşların “azad və açıq Hind-Sakit okeanı qorumaq” bacarıqlarını gücləndirəcək.
Avstraliya, Hindistan, ABŞ və Yaponiya beş il ərzində IPMDA-ya investisiyalar vasitəsilə sülh, sabitlik və firavanlıq üçün əsas tələb olan dənizçilik sektoru haqqında regionun məlumatlılığının artırılmasına töhfə vermək öhdəliyi götürüblər. Bəyanatda sərmayə qoyulan vəsaitin məbləği açıqlanmır.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14