21.11.2024 01:00
Çin Xalq Azadlıq Ordusunun üçüncü təyyarədaşıyan gəmisi “Futzyan” ilk dəniz sınaqlarını uğurla başa vurub.
Allmarinenews xarici mediaya istinadən xəbər verir ki, sınaqlar zamanı güc mühərriklərinin, elektronika və digər avadanlıqların işi yoxlanılıb. Gözlənilən nəticələr əldə edilib. Sınaqlar müəyyən edilmiş plana uyğun davam etdiriləcək.
Xatırladaq ki, Çin Hərbi Dəniz Qüvvələrinin hazırda xidmətdə olan üç təyyarədaşıyan gəmisi var – “Lyaonin”, “Şandun” və “Futzyan”. İlk iki gəmi adi mühərriklərlə təchiz olunub. Üçüncü aviadaşıyan onlardan daha böyükdür və təyyarələr üçün elektromaqnit katapultlardan istifadə edir.
Həmçinin əvvəllər məlumat verilmişdi ki, Çin Hərbi Dəniz Qüvvələri tezliklə dördüncü təyyarədaşıyıcısını təqdim edəcək.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14