15.12.2024 16:31
Çinin Quandun əyalətində yük gəmisinin körpüyə çırpılaraq batması nəticəsində 4 nəfər itkin düşüb.
Allmarinenews Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çinin Fujian əyalətindən yola düşən 4900 ton polad daşıyan gəmi Quandun əyalətinin Foşan şəhərində Jiujiang körpüsünün ətəyinə çırpılıb. Göyərtəsində 11 ekipaj üzvü olan gəmi qəzadan sonra su almağa başlayıb və daha sonra batıb.
Bölgədəki fövqəladə hallar idarəsindən verilən açıqlamaya görə, ekipajdan 7-si xilas edilib, itkin düşən 4 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Axtarış-xilasetmə əməliyyatları üçün bölgəyə 32 gəmi və 400-dən çox canlı qüvvə göndərilib. İlkin ekspertiza zamanı körpünün əsas konstruksiyasına ciddi ziyan dəymədiyi müəyyən edilib.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32