14.03.2025 19:12
“Maersk” buzqıran gəmilərindən ikisini – “Vistula Maersk” və “Vayenga Maersk” konteynerdaşıyanları Kanadada istismar edəcək.
Allmarinenews xəbər verir ki, əvvəllər gəmilər Şimali Avropa və Baltikyanı ərazilərə cəlb edilib və Sankt-Peterburqa yan alıb.
Bu seriyadan cəmi yeddi gəmi var: “Vistula Maersk”, “Vayenga Maersk”, “Volqa Maersk”, “Vuoksi Maersk”, “Venta Maersk”, “Vilnia Maersk” və “Vaga Maersk”.
2018-ci ildə “Venta Maersk” Şimal dəniz yolu ilə hərəkət edib, lakin bu, sınaq səfərindən kənara çıxmayıb.
Çinin “COSCO Zhoushan Shipyard” zavodunda inşa olunan bu gəmilərin uzunluğu 200 metr, eni 35,2 metr, hündürlüyü 56,1 metr, heyəti 28 nəfərdən ibarətdir.
14.03.2025 19:12
01.03.2025 11:59
14.02.2025 10:40
05.02.2025 11:50
30.01.2025 20:23
27.01.2025 18:15