Bu il 28 sentyabrda keçiriləcək Ümumdünya Dəniz Gününün mövzusu “MARPOL 50 il: öhdəliyimiz davam edir” olacaq.
Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı məlumat yayıb.
Təşkilatdan bildirilib ki, bu mövzunun seçilməsində məqsəd ətraf mühiti dəniz nəqliyyatının təsirindən qorumaq istiqamətində görülən işlərin, gəmilərdən plastik zibilin azaldılması, dəniz yanacağı istehsalında innovasiyaların dəstəklənməsi, dəniz sektorunun karbonsuzlaşdırılması, eləcə də bu sahədə dayanıqlı hüquqi-normativ bazanın tətbiq olunmasının vacibliyinə diqqət çəkməkdir.
Qeyd edək ki, 1973-cü ildə qəbul edilmiuş “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiya (MARPOL) bütövlükdə ətraf mühitin və xüsusən dəniz mühitinin mühafizəsinin zəruriliyini əhatə edən mühüm sənəddir. Azərbaycan bu Konvensiyaya 18 iyun 2004-cü ildə qoşulub.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31