Bu gün Beynəlxalq Dəniz Təşkilatının baş katibi vəzifəsinə seçkilər keçiriləcək.
Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı rəsmi məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatına üzv olan dövlətlərdən yeddi nəfər İMO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürüb.
Bunlar Banqladeşdən Moin Uddin Əhməd, Türkiyədən Suat Hayri Aka, Panamadan Arsenio Antonio Dominguez Velasco, Dominikadan Dr. Kleopatra Doumbia-Henri, Keniyadan Nensi Karigithu, Finlandiyadan Minna Kivimaki, Çindən Zhang Xiaojie dir.
Seçiləcək Baş katib 2024-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Seçkilərin yekunu ilə bağlı əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Beynəlxalq Dəniz Təşkilatının baş katibi vəzifəsini hazırda Kitack Lim icra edir.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14