15.12.2024 16:31
“Taxıl Sazişi”nin müddəti başa çatdıqdan sonra Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər”.
Allmarinenews BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının hesabatında bildirilib.
Britaniya kəşfiyyatı qeyd edir ki, Qara Dəniz Taxıl Təşəbbüsü həmin dənizdə hərbi əməliyyatların yaranmasının qarşısını alırdı, lakin hazırda regionda zorakılığın intensivliyinin və miqyasının artması təhlükəsi var.
Bildirilir ki, müasir “Sergey Kotov” gəmisi Bosfor boğazı ilə Odessa arasında gəmiçilik marşrutunda patrul xidməti aparmaq üçün Qara dənizin cənub hissəsinə göndərilib.
Britaniya kəşfiyyatının fikrincə, bu gəmi Ukraynaya göndərilən kommersiya gəmilərinin qarşısını almaq üçün Rusiyanın əməliyyat qrupunun bir hissəsi ola bilər.
Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi "Sergey Kotov" gəmisinə hücum edildiyini iddia etmişdi.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32