Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
Allmarinenews xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
“Yerli vaxtla saat 06:20-də ( Bakı vaxtı ilə 07:20) qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq", - məlumatda deyilir.
Meteoroloqlar daha əvvəl yanvarın 1-dən 6-dək Mərmərə dənizi, Bosfor və Dardanel boğazlarında güclü duman olacağı barədə xəbərdarlıq etmişdilər.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31