Bosfor boğazında gəmi saya oturub

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 07.05.2024 13:26

Ukraynadan Misirə yollanan “Alexis” yük gəmisi Bosfor boğazında saya oturub.

Allmarinenews Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Departamenti məlumat yayıb.

Bildirilib ki, nəticədə hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb: “229 metrlik gəmi Haydarpaşa yaxınlığında mühərrik nasazlığı səbəbindən saya oturub”.