21.11.2024 01:00
BMT taxıl sazişinin uzadılması üzərində işləyir.
Allmarinenews xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Onun sözlərinə görə, BMT Rusiya gübrələri və ərzaq ticarətinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün səylər göstərir.
"Qara dəniz taxıl təşəbbüsünün faydaları göz qabağındadır, sazişin uzadılacağına ümid edirik", - Baş katibin rəsmi nümayəndəsi bildirib.
Düjarrik BMT-nin bu məsələdə "sakit diplomatiyaya” riayət etdiyini vurğulayaraq danışıqların təfərrüatını açıqlamaqdan imtina edib.
Xatırladaq ki, Ukraynadan ərzaq ixracı ilə bağlı müqavilə ötən il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
Bundan əlavə, BMT ilə Rusiya arasında kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına ixracına müxtəlif məhdudiyyətlərin aradan qaldırılması üzrə memorandum imzalanıb. Noyabrda taxıl müqaviləsi daha 120 gün uzadılıb, müqavilənin müddəti martda başa çatır.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14