Beynəlxalq Dəniz Təşklatı xilasedici qayıqların qaydalarına dəyişiklik edir
Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 29.05.2025 13:11
Beynəlxalq Dəniz Təşklatı (IMO) Sərbəst Düşən Xilasedici Qayıqlar üçün Yeni Təhlükəsizlik Qaydalarını dərc edir.
Allmarinenews xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının ( IMO ) Gəmi Sistemləri və Avadanlıqları üzrə Alt Komitəsi (SSE) sərbəst düşən xilasedici qayıqların təhlükəsizliyini yaxşılaşdırmaq üçün vacib qaydalar barədə razılığa gəlib.
LSA Məcəlləsinə əlavə edilməsi planlaşdırılan yeni 4.7.7 bəndi ilə bu cür xilasedici qayıqların yük altında buraxılması zamanı aparılan simulyasiya sınaqlarında istifadə olunan materialların son möhkəmliyi, avadanlıqla bağlı dinamik yüklər nəzərə alınmaqla qiymətləndiriləcəkdir.
Yeni qaydalar 2031-ci il yanvarın 1-də və ya ondan sonra inşa etmək üçün müqavilə bağlanmış gəmilərdə və ya həmin tarixdən sonra inşa edilmiş və hələ müqavilə bağlanmamış gəmilərdə sərbəst düşən xilasedici qayıqlara şamil ediləcək.
Bu dəyişikliklərə paralel olaraq, aşağıdakı qaydalara yenidən baxılması layihədə razılaşdırılıb:
MSC.81(70): Xilasedici qayıqların sınaqdan keçirilməsi üçün yenidən işlənmiş tövsiyələr
MSC.402(96): Xilasedici qayıqlara texniki qulluq, sınaq və təmir üçün tələblər
MSC.1/Circ.1205/Rev.1: İstismar və texniki xidmət təlimatları üçün yenidən işlənmiş təlimatlar