14.03.2025 19:12
Bu gün Beynəlxalq Dəniz Təşkilatının baş katibi vəzifəsinə keçirilən seçkilər yekunlaşıb.
Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının rəsmi məlumatında qeyd edilib.
Bildirilib ki, Panama Respublikasından olan Arsenio Antonio Dominguez Velaskonun namizədliyi dəstəklənib və İMO şurası tərəfindən Beynəlxalq Dəniz Təşkilatının baş katibi vəzifəsinə təyin edilib. O, 2024-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Arsenio Antonio Dominguez Velaskonu bundan əvvəl Panamanın IMO-da alternativ nümayəndəsi və texniki məsləhətçisi kimi fəaliyyət göstərib.
14.03.2025 19:12
01.03.2025 11:59
14.02.2025 10:40
05.02.2025 11:50
30.01.2025 20:23
27.01.2025 18:15