15.12.2024 16:31
Beynəlxalq Dəniz Təşkilatının Assambleyası 2024-2025-ci illər üçün şuranın üzvlərini seçib.
Allmarinenews xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının Assambleyası 40 üzvdən ibarət yeni şura seçib.
Yeni üzvlər arasında şuranın b kateqoriyasından Argentina çıxarılaraq İsveç seçilib. C kateqoriyasında olan Küveyt, Peru və Cənubi Afrika şuradan çıxarılıb. Onların yerinə c kateqoriyasına Qətər, Səudiyyə Ərəbistanı və Vanuatun seçilib. A kateqoriyası dəyişməz olaraq qalıb.
Kateqoriyaya görə yeni seçilmiş IMO Şurasının bütün üzvləri aşağıdakılardır:
Kateqoriya (a) : Çin, Yunanıstan, İtaliya, Yaponiya, Norveç, Panama, Koreya Respublikası, Rusiya Federasiyası, Böyük Britaniya və ABŞ
Kateqoriya (b) : Avstraliya, Braziliya, Kanada, Fransa, Almaniya, Hindistan, Hollandiya, İspaniya, İsveç və Birləşmiş Ərəb Əmirlikləri
Kateqoriya (c) : Baham adaları, Belçika, Çili, Kipr, Danimarka, Misir, İndoneziya, Yamayka, Keniya, Malayziya, Malta, Meksika, Mərakeş, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə və Vanuatu.
Qeyd edək ki, sözügedən şura Beynəlxalq Dəniz Təşkilatının icra orqanıdır və Assambleyanın nəzdində Təşkilatın işinə nəzarət etmək üçün öhdəlik daşıyır. Assambleyanın sessiyaları arasında Şura dəniz təhlükəsizliyi və çirklənmənin qarşısının alınması üzrə Assambleyanın funksiyalarını yerinə yetirir.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32