"Dənizçilərin təhlükəsizliyi və rifahı, xüsusilə narahatedici geosiyasi kontekstdə son vaxtlar baş vermiş faciəvi hadisələrin geniş vüsət aldığı çağırışları nəzərə alsaq, bizim üçün ən vacib məsələ olaraq qalır. Beynəlxalq gəmiçilik hədəfə alınmamalı və geosiyasi böhranlarda təzyiq vasitəsi kimi istifadə edilməməlidir".
Allmarinenews xəbər verir ki, bu sözləri Beynəlxalq Dəniz Təşkilatının (İMO) Baş Katibi Arsenio Dominguez aprel ayının 22-də keçirilən BDT-nin Hüquq Komitəsinin 111-ci sessiyasında çıxış edərkən deyib.
O, dəniz cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılan dənizçilərlə bağlı məsələyə toxunaraq bildirib ki, dənizçilərə qarşı ədalətsiz rəftar halları artır:
"Bu, ticarət daşımalarının gələcək davamlılığına təhlükə yaradır, dənizçilərin mənəviyyatına, ixtisaslı gənclərin dənizçi peşəsinə cəlb olunmasına mənfi təsir göstərir. Bununla əlaqədar olaraq, Komitənin dəniz cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılan dənizçilərə ədalətli rəftarla bağlı təlimatları yekunlaşdıracağı və sonradan IMO-BƏT-in Birgə Üçtərəfli İşçi Qrupu tərəfindən dəqiqləşdiriləcəyi və baxılacağı gözlənilir".
Baş katib eyni zamanda 2023-cü ilin noyabr ayından hələ də qaçırılan Galaxy Leader -in ekipajının, həmçinin aprelin 13-də beynəlxalq sularda əsir götürülən MSC Aries və onun ekipaj üzvlərinin azad edilməsinə dair Beynəlxalq İctimaiyyətə çağırışını bir daha təkrarlayıb.
"Beynəlxalq gəmiçilik sənayesinin nümayəndələri bununla bağlı BMT-nin Baş katibinə öz narahatlıqlarını ifadə etdilər və mən öz tərəfimdən BMT və maraqlı tərəflərlə daimi həll yolları axtarışında söhbətləri davam etdirirəm. Bu hadisələrin təsirinə məruz qalan dənizçilərin acınacaqlı vəziyyəti unudulmamalıdır və onların öz yaxınlarına təhlükəsiz qayıtması və dolanışıq vasitələrini təmin etmək üçün bütün mümkün yollara əl atmaq bizim borcumuzdur", -deyə baş katib qeyd edib.
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56