14.03.2025 19:12
Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Lim Qırmızı dənizdə kommersiya gəmiləri üçün təhdidlərlə bağlı bəyanat yayıb.
Allmarinenews xəbər verir ki, baş bu barədə ictimaiyyətə açıqlama verib.
O bildirib ki, Qırmızı dənizdə kommersiya gəmiçiliyinə edilən təhdidlərə dair son hesabatlar son dərəcə narahatedici və qəbuledilməzdir:
"Kommersiya daşımaları heç vaxt geosiyasi münaqişələrin girov qurbanı olmamalıdır. Ticarət gəmiçiliyinə hər hansı hücum beynəlxalq dəniz hüququna, o cümlədən naviqasiya azadlığını qoruyan qanunlara ziddir. Beynəlxalq ticarətlə məşğul olan daşımalara mənfi təsir göstərə biləcək hər hansı hərəkətdən qaçınmaq lazımdır", - deyə o qeyd edib.
14.03.2025 19:12
01.03.2025 11:59
14.02.2025 10:40
05.02.2025 11:50
30.01.2025 20:23
27.01.2025 18:15