Azərbaycanda dənizçilərin xüsusi hazırlıq şəhadətnamələri yenilənir

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 01.03.2025 11:59

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi ilə bağlı məlumat yayıb.

Allmarinenews xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq martın 3-dən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu “Bakı KOB evi”ndə həyata keçiriləcək.

Bildirilib ki, sənədlərin qəbulundan dərhal sonra dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə ADDLA-da təşkil olunacaq imtahanların tarixi ilə bağlı məlumat veriləcək.

Xüsusi hazırlıq şəhadətnamələri üzrə imtahan sualları və düzgün cavablar Agentliyin veb-saytında yerləşdirilib.