15.12.2024 16:31
18 may tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin direktoru Tamara İoseliani arasında görüş keçirilib.
Allmarinenews xəbər verir ki, görüş zamanı Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyətinin 14-15 aprel tarixlərində Gürcüstanın Batumi və Poti şəhərlərinə səfərinin dəniz nəqliyyatı sahəsi üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətindən danışılıb.
Həmçinin görüşdə dənizçilərin hazırlanması, limanlara nəzarət edilməsi, gəmi və aidiyyəti qurumlar arasında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə vahid pəncərə sisteminin tətbiqi, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı həyata keçirilən layihələr, dəniz nəqliyyatı strategiyasının hazırlanması, Avropa İttifaqının əsas dəstək alətləri və digər istiqamətlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Eyni zamanda, görüşdə Beynəlxalq Dəniz Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi və digər təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb və hər iki ölkənin dəniz nəqliyyatı qurumları arasında əməkdaşlığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə saziş layihəsinin razılaşdırılması üzrə işlərin başlanmasına dair razılığa gəlinib.
Bundan başqa, görüşdə hazırkı regional geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin əhəmiyyətinin artması və bu xüsusda Orta Dəhlizin tranzit potensialından tam istifadə edilməsi istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32