15.12.2024 16:31
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Texniki əməkdaşlıq üzrə komitəsinin Londonda keçirilən 72-ci sessiyasında ölkəmizi təmsil edib.
Allmarinenews xəbər verir ki, tədbirdə DDLA-nın İdarə Heyəti sədrinin müavini Renat Rzayev, Gəmi qeydiyyatı və təsnifat cəmiyyətləri ilə iş departamentinin direktoru Seyidilyas Qədirov iştirak edib.
Sessiyanı giriş sözü ilə açan BDT-nin baş katibi Kitak Lim texniki məsələlərə dair beynəlxalq ticarət gəmiçiliyi üzrə dövlətlərarası əməkdaşlığın zəruriliyindən və bu sahədə tətbiq olunan yeniliklərin əhəmiyyətindən danışıb.
İki həftə davam edən panel iclaslar zamanı Bütünləşdirilmiş Texniki Əməkdaşlıq Proqramının 2021-ci il üçün illik hesabatı dinlənilib.
Qadınların dəniz nəqliyyatı sahəsində fəallığı müsbət hal kimi dəyərləndirilib və gələcəkdə bu göstəricinin daha da artması istiqamətində tədbirlərin zəruriliyindən danışılıb.
Sessiya günlərində tematik uzunmüddətli layihələrin müzakirəsi zamanı Norveçin “SENSREC”, BMT-nin Kompyutinq Mərkəzinin Texniki əməkdaşlıq alt komitəsinin, eləcə də digər məsul orqanların müvafiq layihələrinin yararlılığı barədə fikirlər səsləndirilib.
Tədbir zamanı “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” barədə də müəyyən məqamlara toxunulub.
Sessiyada regional əməkdaşlıq müzakirə olunan mövzular siyahısında yer alıb. Bir sıra ölkələrin bu istiqamətdə təqdim etdiyi sənədlərə baxılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sessiyanın sonuncu günündə DDLA-nin nümayəndə heyəti Türkiyə, Malayziya, Gürcüstan və Səudiyyə Ərəbistanı Krallığının nümayəndələri ilə görüşüb. İkitərəfli görüşlər zamanı dənizçilərə verilən sənədlərin qarşılıqlı tanınması, dövlət bayraq və dövlət liman nəzarəti sahəsində mövcud təcrübənin həyata keçirilməsi, eləcə də digər istiqamətlərdə genişmiqyaslı müzakirələr aparılıb. Gələcəkdə bu səpkili görüşlərin mütəmadi olaraq keçirilməsi barədə razılıq əldə olunub.
Həmçinin agentliyin nümayəndə heyətinin BDT-nin Qərbi Asiya və Şərqi Avropa regionu üzrə meneceri İvalyo Valevlə də görüşü olub. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması, gələcəkdə əməkdaşlar üçün təlimlərin keçirilməsi məsələləri müzakirə edilib.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32