IMO Assambleyası 2024-cü il yanvarın 1-dən etibarən cənab Dominqes Velaskonun Baş Katib təyin edilməsi haqqında Şuranın qərarını təsdiq edib.
Allmarinenews xəbər verir ki, IMO Assambleyası noiyabrın 30-u şuranın 129-cu sessiyasında onun bu vəzifəyə təyin edilməsi barədə qərarını yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, Dominqes Velasko 31 dekabr 2027-ci ildə başa çatacaq dörd illik Baş Katib vəzifəsinin icrasına başlayacaq. O, Təşkilatın 10-cu seçilmiş Baş Katibidir.