Aİ Komissiyası Dəniz Təhlükəsizliyi programını açıqlayıb

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 02.06.2023 15:41

Avropa İttifaqı Komissiyası təhlükəsizlik və çirklənmənin qarşısının alınması ilə bağlı beş hüquqi akta yenidən baxılması təkliflərini özündə əks etdirən dəniz təhlükəsizliyi programını təqdim edib.

Allmarinenews xəbər verir ki,  müvafiq sahələr üzrə beynəlxalq qaydaları həyata keçirən hüquqi aktlara aşağıdakılar daxildir.

* Liman dövlət nəzarəti haqqında direktiv,

* Bayraq dövlətinin tələblərinə uyğunluq haqqında direktiv,

* Dəniz nəqliyyatı sektorunda qəzaların təhqiqatını tənzimləyən əsas prinsiplərin müəyyən edilməsi haqqında Direktiv,

 * Gəmidən qaynaqlanan çirklənməyə və çirklənmə cinayətlərinə görə cəzaların, o cümlədən cinayət cəzalarının tətbiqi haqqında Direktiv

* Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) haqqında qanun.

Paketin məqsədi hüquqi aktların beynəlxalq tələblərə uyğun olması üçün yenilənməsidir. Bunlar ilk növbədə Beynəlxalq Dəniz Təşkilatının (IMO) və liman dövlətinə nəzarət üzrə regional təşkilatın, Paris Memorandumunun himayəsi altında edilən tənzimləyici dəyişikliklərdir.