ADDA-ya qəbul olan abituriyentlərin nəzərinə!

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 01.09.2023 12:59

Azərbaycan Dövlət Dəniz Akademiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Allmarinenews xəbər verir ki, akademiyadan verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Qeydiyyat zamanı aşağıdakı sənədləri portala yükləməlidirlər:

Attestat;

İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);

Tələbənin imtiyazını təsdiq edən sənədlər.

Portala yüklənən sənədlərin yazı və möhürləri aydın şəkildə oxunmalıdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmr ali məktəbə göndərilməyəcək.

Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 06.09.2023-cü il tarixindən 14.09.2023-cü il tarixinədək saat 09:00-16:00 (14.09.2023 tarixində isə saat 18:00-a qədər) aşağıdakı sənədləri Akademiyanın əsas tədris binasına (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18, Sahil metrosunun yaxınlığında) təqdim etməlidirlər:

Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);

Attestatın əsli və surəti;

Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;

Tibbi arayış (forma 086);

Narkoloji və psixoloji dispanserdən arayış;

8 ədəd 3×4 ölçülü fotoşəkil;

Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

Yaşayış yerindən arayış.

Qeyd: Akademiyada qeydiyyat zamanı tələbələrin geyim forması ölçüləri və yataqxanaya yerləşdirilmə üçün ərizələri götürüləcək.