ABŞ Ordusu Mühəndislər Korpusu bildirib ki, Baltimor limanı may ayının sonuna qədər əməliyyatlar üçün yenidən açıla bilər.
Allmarinenews xarici KİV-ə istinadən xəbər verir ki, Ordu Korpusu 280 fut genişlikdə və 35 fut dərinlikdə keçidin açılmasının təxminən dörd həftə çəkəcəyini və kanalın bərpasının yalnız may ayının sonuna qədər edilə biləcəyini qeyd edib.
Ordu Korpusunun komandiri general-leytenant Scott Spellmon bildirib ki, bunlar olduqca iddialı vaxt cədvəlləridir və iş zamanı hava şəraiti əlverişsiz olarsa, onlara təsir göstərə bilər, çünki o zaman dağıntıları təmizləmək çətin ola bilər.
Limanın ölkə üçün əhəmiyyətini nəzərə alaraq, o, komandaların Baltimor limanının normal fəaliyyətə qayıtması üçün kanalı təmizləmək üçün sürətlə işlədiyini söyləyib.
Qeyd edək ki, mart ayının 26-sı ABŞ-nin Baltimor şəhərində gecə saatlarında yük gəmisinin körpüyə çırpılması nəticəsində “Frensis Skott Key” körpüsü çöküb. Ölkənin yük maşınları, təsərrüfat avadanlığı və avtomobillər üçün ən böyük dəniz su yolu bağlanan qəzada 6 işçi həyatını itirib, bu da böyük maliyyə itkilərinə səbəb olub.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14