ABŞ-də magistral körpü uçdu, maşınlar suya düşdü - Video

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 26.03.2024 12:08

ABŞ-nin Baltimor şəhərində gecə saatlarında yük gəmisinin körpüyə çırpılması nəticəsində “Frensis Skott Key” körpüsü çöküb.

Allmarinenews xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmadan sonra gəmi alovlanıb və batıb.

Körpünün uçması bir neçə avtomobilin Patapsko çayına düşməsinə səbəb olub. Hazırda itkilər barədə dəqiq məlumat yoxdur, lakin xilasedicilər suda olduğu güman edilən azı 7 nəfəri axtarır.

Qeyd edək ki, dörd zolaqlı, 1,6 mil (2,6 km) körpü Patapsko çayını əhatə edir.