2019-cu ildə baş vermiş faciə ilə əlaqədar gəmi kapitanı 4 il həbs cəzasına məhkum edilib

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 03.05.2024 14:32

 2019-cu ildə Kaliforniya sahillərində alovlanan və 34 nəfərin ölümü ilə nəticələnən Conception dalğıc gəmisinin kapitanı  faciəyə görə 4 il həbs cəzasına məhkum edilib.

Allmarinenews xarici KİV-ə istinadən xəbər verir ki, Santa Barbaradan olan 69 yaşlı Cerri Nehl Boylan 2023-cü ilin noyabrında federal həbsxanada dənizçinin qəsdən öldürülməsi maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, 75 futluq sərnişin gəmisi olan "Conception 2019" - cu ilin sentyabrında Santa Cruz adasının yaxınlığında lövbər salarkən faciəli yanğın baş verib və nəticədə göyərtənin altında yuxuda olan 34 nəfər həlak olub. Gəminin kapitanı C.N.Boylan da daxil olmaqla yalnız beş ekipaj üzvü qaçıb sağ qala bilib.

10 günlük aparılan araşdırma nəticəsində sübutlara görə, fəlakətlə nəticələnən və 34 qurbanın ölümünə səbəb olan qəzada kapitan sərnişinləri xilas etmək əvəzinə öz gəmisini tərk edib.

Məlum olub ki, kapitan hadisə zamanı bir neçə yolla öz öhdəliklərini yerinə yetirməyib. Bunlara gecə növbəsinin olmaması, yanğınsöndürmə təlimlərinin və ekipaj üzvlərinin kifayət qədər hazırlığının olmaması, yanğınsöndürmə təlimatlarının verilməməsi və ya yanğınsöndürmə avadanlıqlarından istifadə edilməməsi, xilasedici və ya yanğınsöndürmə fəaliyyətinin həyata keçirilməməsi, sərnişinlərin və ekipajın yanğın barədə xəbərdar edilməməsi, sərnişinlər və ekipaj üzvlərinin gəmidə olduğu zaman gəmini tərk etməsi daxildir.