Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan IMO Assambleyası 32-ci sessiyasında qəbul etdiyi qərara əsasən, hər il 18 May Beynəlxalq Qadın Dənizçilər Günü kimi qeyd edilir.
Qətnamə dəniz sənayesində qadınların işə cəlb edilməsi, qadınların gəmiçilik sahəsinə təşviq edilməsi, sənayedə qadınların profilinin yüksəldilməsi və IMO-nun "Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi" (qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması) öhdəliyini gücləndirmək, gender bərabərliyinə nail olmaq və hamının səlahiyyətlərini artırmaq məqsədi daşıyır.
Eyni zamanda bu qətnamə gəmiçilikdə mövcud gender balanssızlığının aradan qaldırılması üçün işlərin dəstəklənməsini özündə ehtiva edir.
Keçmişdən bu günə qədər kişilərin üstünlük təşkil etdiyi sənaye olan dənizçilikdə qadınlar qlobal dənizçi işçi qüvvəsinin yalnız 1,2 faizini təşkil edirdi. Bu gün isə bu statistikada kəskin fərq müşahidə edilir. BIMCO/ICS 2021 Dənizçi İşçi Qüvvəsi Hesabatına əsasən, bu gün 24,059 qadın dənizçi fəaliyyət göstərir.
Beynəlxalq Qadın Dənizçilər Gününün yaradılması təklifi sentyabrda IMO-nun Texniki Əməkdaşlıq Komitəsi (TC) tərəfindən bəyənilib və daha sonra IMO Şurasının noyabr ayında keçirilən iclasında qəbul edilib.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14