21.11.2024 01:00
“United Alliance Group” və “ZenithSurvey” şirkətinin nümayəndələri sentyabr ayının 13-də Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərindəki baş qərargahında “London Beynəlxalq Gəmiçilik Həftəsi” çərçivəsində keçirilən konfransda iştirak ediblər.
Allmarinenews-un məlumatına görə, “London Beynəlxalq Gəmiçilik Həftəsi”nin rəhbər qurumu, Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, bir sıra sənaye, logistika, gəmiçilik şirkətlərinin nümayəndələrinin də yer aldığı tədbirdə “United Alliance Group” şirkətinin direktor müavini Asif Mehtiyev, “ZenithSurvey” şirkətinin direktoru Seymur Mirzəyev iştirak ediblər.
Dünyada mühüm gəmiçilik tədbirlərindən biri kimi mövqeyini tutmuş konfransda Beynəlxalq Dəniz Təşkilatının baş katibi tərəfindən dekarbonizasiyanın müzakirəsi, dəniz daşıma riskinin bazara təzyiq göstərən əsas xarici və daxili amilləri, dəniz sənayesinin xarici nəqliyyatında dəyişən geosiyasi və ictimai vəziyyət, bunun xarici siyasətə, kommersiya qərarlarına, gəmiçilik sənayesində istehlakçı amillərə təsiri sessiyanın gündəmində duran əsas məsələlər olub.
Sessiya müddətində şirkətin nümayəndələri Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri və ona üzv dövlətlərin bir sıra nümayəndələri, eləcə də sessiyaya qatılan bir sıra gəmiçilik, logistika, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərin, Dəniz Təsnifat Cəmiyyətlərinin rəhbərləri, hüquq və sığorta şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib və fikir mübadiləsi aparılıb.
Həmçinin “United Alliance Group” və “ZenithSurvey” nümayəndə heyəti Arsenio Antonio Dominguez Velaskonun Beynəlxalq Dəniz Təşkilatının (İMO) yeni baş katibi seçilməsi münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.
Daha sonra “United Alliance Group”da dənizçilik sahəsi üzrə təlimlərin hazırki səviyyəsindən, Dövlət Dəniz və Liman Agentliyinin verdiyi tanınma şəhadətnaməsi əsasında dənizçilər üçün tədris edilən kurslardan bəhs edilib və dənizçilik sahəsində peşəkar mütəxəsislərin hazırlanması baş katib və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda Panama Dəniz Administrasiyası tərəfindən “United Alliance Group” şirkətinə verilən səlahiyyət çərçivəsində keçirilən təlimlərdən danışılıb və dənizçilərə verilən sertifikatların azərbaycanlı dənizçilər üçün üstünlükləri qeyd olunub.
Görüş zamanı “United Alliance Group” tərəfindən keçirilmiş “United Alliance Group 1st Annual Dinner in Baku 2023” tədbiri barədə məlumat verib.
2024-cü ildə region ölkələrin gəmiçilik sənayesinin inkişafında rolu olan şirkətlərin iştirakı ilə “Baku Shipping Dinner” çərçivəsi altında əhəmiyyətli tədbirin keçiriləcəyindən bəhs edilib.
Görüş zamanı dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində “United Alliance Group”un göstərdiyi təmənnasız vasitəçilik (crewing) xidməti yüksək qiymətləndirilib. Dəniz nəqliyyatı sahəsində məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və tərəfdaşlığı daha da gücləndirəcəyinə əminlik ifadə olunub.
Daha sonra konfrans nümayəndələri sentyabrın 14-də “London Beynəlxalq Dəniz Həftəsi”nin təşkilatçılığı ilə baş tutmuş “OCİMF”, “Sea LNG”, “Stella Maris”, “İnmarsat Maritime”, “DP World” kimi aparıcı dənizçilik şirkətlərinin də yer aldığı Qala Şam yeməyində iştirak ediblər.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14