“United Alliance Group”un təşkilatçılığı ilə Bakıda “Dənizçi Günü” peşə bayramına həsr olunmuş tədbir keçirildi
Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 25.06.2023 17:31
Bakıda “Dənizçi Günü” peşə bayramı münasibəti ilə “United Alliance Group LTD”, “Liman Sığorta və Təkrarsığorta Brokeri”, “ZenithSurvey” “Azerbaijan Maritime Registry of Shipping” şirkətlərinin təşkilatçılığı ilə “United Alliance Group 1st Annual Dinner in Baku 2023 İnternational "Day of the Seafarer" keçirilib.
Allmarinenewsxəbər verir ki, 25 iyun “Dənizçi Günü” peşə bayramı münasibətilə təşkil olunan və eyni zamanda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir bir çox dənizçini, bu sahədə çoxillik təcrübəyə malik mütəxəssisləri, Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələrini, ölkənin öndə gedən sığorta şirkətlərinin rəhbərlərini və dənizçilik sahəsi ilə bağlı özəl qurumların nümayəndələrini qonaq qismində bir araya topladı.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
“United Alliance Group LTD” şirkətinin direktoru Məhərrəm Hüseynov tədbir iştirakçılarını salamlayaraq, 25 İyun “Dənizçi Günü” peşə bayramı münasibətilə bütün dənizçiləri təbrik etdi və məsuliyyətli işlərində onlara uğurlar arzuladı.
M.Hüseynov çıxışı zamanı bu tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatçı şirkətlərə öz təşəkkürünü bildirdi.
O, ölkəmizdə dənizçiliyin davamlı inkişafının əsas təməlinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu sahədə onun əvəzsiz xidmətlərini vurğuladı. Dənizçilik sahəsinin Heydər Əliyev yolunun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsində olduğunu bildirdi.
M.Hüseynov qeyd etdi ki, “United Alliance Group LTD” şirkəti ölkəmizdə dənizçilik sahəsində aparılan islahatlara töhfə verməyə çalışır, qabaqcıl ölkələrin təcrübələrin öyrənilməsinə və tətbiqinə xüsusi diqqət yetiririr. Eyni zamanda şirkətin beynəlxalq standartlara uyğun fəaliyyəti, dənizçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində addımları, həyata keçirilən yeni layihələr bu sahənin inkişafına töhfə verməyə imkan yaradıb.
Tədbir çərçivəsində United Alliance Group un təlim-tədris şöbəsinin müəllimi, kapitan Mahmudağa İsmayılov, Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris şöbəsinin müdiri Əsədulla Süleymanov, gəmi kapitanı, Dənizciərə Sosial Dəstək İctimai Birliyinin sədri Faiq Balabəyli çıxış etdilər.
Tədbir zamanı Azərbaycan mədəniyyətini tərənnüm edən proqramlar, dənizçilik sahəsinə aid maraqlı yarışlar təşkil olundu, iştirakçılara müxtəlif hədiyyələr təqdim edildi.
Qeyd edək ki, United Alliance Group LTD tərəfindən 2024-cü ildə Xəzər dənizi, Qara Dəniz, Aralıq dənizi və Baltik dənizi ölkələrinin gəmiçilik sənayesinin inkişafında rolu olan mötəbər şirkətlərin rəsmilərinin iştirakı ilə möhtəşəm tədbirin təşkil edilməsi nəzərdə tutulub.