“United Alliance Group”un təlim tədris mərkəzinin bazasında dənizçilərə təcrübə kursu keçirilib

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 22.12.2023 17:16

“United Alliance Group”un təlim tədris mərkəzinin bazasında dənizçilərə “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” üzrə təcrübi kursu keçirilib.

Allmarinenews-un məlumatına görə, dənizçilər dənizdə sağ qalma uğrunda mübarizənin doğru tətbiq olunması, heyətin gəmidə olan xilasedici vasitələrdən və xilasedici qayıqdan  düzgün istifadə qaydasını öyrəniblər.

Təlim zamanı fərdi və kollektiv şəkildə gəmidə fövqəladə hal zamanı zəruri fəaliyyət, daimi sayıqlıq, qəza evakuasiya yollarından istifadə dənizçilərə əyani nümayiş etdirilib. 

Qeyd edək ki, təcrübi dərslərimiz mütəmadi olaraq  “United Alliance Group”un təlim-tədris mərkəzinin bazasında dənizçilərə keçirilir.  


Ətraflı məlumat üçün:

+994 50 2295750

stcw@unitedalliancegroup.com

Ünvan:Afen Plaza, 1996 Yusif Vazir Chamanzaminli, Bakı