“United Alliance Group”təlim-tədris mərkəzi ilə bağlı videoçarx yayımladı - VİDEO

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 28.09.2023 15:23

“United Alliance Group” təlim-tədris mərkəzi ilə bağlı videoçarx yayımlayıb.

Allmarinenews xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyi və Panama Dəniz Administrasiyası tərəfindən verilmiş müvafiq lisenziya əsasında fəaliyyət göstərən “United Alliance Group”un təlim-tədris mərkəzində dənizçilər, eyni zamanda dənizçilik sahəsində çalışmaq istəyən orda və ali təhsilli şəxslər üçün Beynəlxalq Dəniz Təşkilatının model kurslarına, yerli qanunvericiliyə,eləcə də “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” konvensiyaya uyğun 30-dan çox təlim və kurs həyata keçirilir.

Beynəlxalq standartlara uyğun tədris planı və proqramları əsasında hazırlanan təlimlər dənizçilik və gəmiçilik sahəsində böyük təcrübəyə malik mütəxəssislər tərəfindən azərbaycan və ingilis dillərində tədris olunur. Təlim kurslarımızın real praktiki və interaktiv şəkildə keçirilməsi üçün tədris otaqlarnda gəmi şəraitində istifadə edilən ləvazimat və avadanlıqlardan istifadə edilir.

Sözügedən videonu təqdim edirik: