21.11.2024 01:00
“United Alliance Group LTD” “ZenithSurvey” şirkətinin nümayəndələri May ayının 20-də Türkiyədə İstanbul Texniki Universitetinin Dənizçilik Fakültəsi, Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqı ilə birgə təşkil olunmuş beşinci “QLOBAL DƏNİZ KONQRESİ” (GMC'24) də iştirak edib.
Allmarinenews xəbər verir ki, konqres İstanbul Texniki Universitetinin Tuzladakı dənizçilik fakültəsində keçirilib. Konqresə Türkiyədən və dünyadan ümumilikdə 40 universitetin, tanınmış dənizçilik şirkətlərinin nümayəndələri qatılıb.
Beynəlxalq konqresin builki əsas mövzusu “Dənizlərin Gələcəyi” olub. Dənizçilikdə texnoloji yanaşmalar, enerji səmərəliliyi, insan amili, innovativ dizayn və ixtiralar, dənizdə kibertəhlükəsizlik, yeni dəniz yanacaqları və səmərəliliyi, gəmiqayırma, logistika və dəniz ticarəti və hüququ, liman əməliyyatları, dəniz nəqliyyatının idarə edilməsində rəqəmsal yanaşmalar kimi önəmli mövzular müzakirə edilərək elmi araşdırmalar təqdim olunub.
Sessiya müddətində “United Alliance Group” və “ZenithSurvey”in nümayəndələri İstanbul Texniki Universitetinin dənizçilik fakültəsinin dekanı Prof. Dr. Özcan Arslan və tanınmış dənizçilik şirkətlərinin nümayəndələri ilə təcrübələrini bölüşüb, “United Alliance Group”da dənizçilik sahəsi üzrə təlimlərin hazırki səviyyəsindən bəhs edib. Dəniz nəqliyyatı sahəsində məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və tərəfdaşlığı daha da gücləndirəcəyinə əminlik ifadə olunub.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14