“United Alliance Group LTD” şirkəti tərəfindən Qurban bayramı münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 29.06.2023 12:46

“United Alliance Group LTD” şirkəti tərəfindən Qurban bayramı münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.

Allmarinenews xəbər verir ki, “United Alliance Group LTD” şirkətinin əməkdaşları tərəfindən Qurban bayramı münasibəti ilə 500 aztəminatlı ailənin bayramı təbrik edilərək qurban paylarını təqdim edib, mənəvi-ruhi birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırıblar. 

Bayram sovqatı alan ailələr öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə “United Alliance Group LTD” şirkətinə və kollektiv əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.