"United Alliance Group" dənizçilərə ödənişsiz CV hazırlama xidməti göstərir

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 13.12.2023 16:36

 "United Alliance Group"da dənizçilərə ödənişsiz cv hazırlama xidməti fəaliyyətə başlayıb.

Allmarinenews-un məlumatına görə, göstərilən xidmət ilə dünya dənizçilik şirkətlərinin beynəlxalq standartlarına uyğun cv nümunəsi qısa zamanda dənizçiyə təqdim olunacaq.

Bundan əlavə ixtisaslaşdırılmış gəmi heyəti üzvlərinin biliklərini yoxlamaq üçün zəruri olan Marlins və Delta sınaq testlərində ödənişsiz iştirak edə biləcəklər.

CV-lərinin dəqiq və dolğun şəkildə yazılmasını istəyən dənizçilər  "United Alliance Group"un ödənişsiz CV hazırlama xidmətinə müraciət edə bilərlər. 

Əlaqə: +994 51 277 19 31

Mail: crewing@unitedalliancegroup.com

 Bakı ofisi - N. Nerimanov, Afen Plaza 5-ci mərtəbə 13-cü otaq