"United Alliance Group"da sıravi heyət mütəxəssislərinin hazırlığı kurslarına qeydiyyat davam edir

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 18.04.2024 10:44

"United Alliance Group"da dənizçi olmaq istəyənlər üçün (DHDNÇ / STCW ) Bölmə A-II/4 uyğun olaraq "Növbə matrosu" və Bölmə A-III/4 uyğun olaraq "Növbə motorçusu" ixtisası üzrə sıravi heyət mütəxəssislərinin hazırlanmasına dair peşə kurslarına sənəd qəbulu davam edir.

Allmarinenews xəbər verir ki, peşə üzrə hazırlıq müddəti 3 ay tədris və 3 ay təcrübə olmaqla 6 aydır. Təcrübə müddəti “United Alliance Group”a məxsus müasir tədrisi təmin edən dənizçilərin ixtiyarına verilmiş təlim gəmisində keçiriləcək.

Qeyd edilən ixtisaslar üzrə təhsil almaq istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Şəxsiyyət vəsiqəsi

 Sağlamlıq haqqında arayış

 Hərbi bilet

 Orta təhsil (və yaxud orta ixtisas/ali təhsil) haqqında sənəd (əsli və surəti)

 6 ədəd 3x4 şəkil

Qeyd: Kursların başlanma tarixi ilə bağlı ətraflı məlumat veriləcək

Kurslarda qeydiyyatdan keçmək və qiymətlərlə bağlı ətraflı məlumat üçün əlaqə: