“United Alliance Group”da “Açıq qapı” layihəsi davam edir.
Allmarinenews-un məlumatına görə, dənizçilər üçün növbəti “Açıq qapı” günü mart ayının 13,14 və 15-i saat 11:00-da baş tutacaq.
3 gün davam edəcək “Açıq qapı”da şirkətin partnyorluq etdiyi GN Group şirkətinin insan resursları departamentinin direktoru Erkan Erecek və “United Alliance Group”un Turkiyədəki nümayəndəsi Əli Əliyev dənizçilərlə görüşəcək.
Nümayəndələr dənizçilik sahəsində şəffaflığın təmin edilməsi, aparılan işin səmərəliliyinin artırılması, peşə fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə onlarla təcrübələrini bölüşəcək.
Görüş çərçivəsində dənizçilərə hazırda mövcud olan iş vakansiyaları barədə məlumat verilərək qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı dənizçilərin seçiminin aparılmasına imkan yaranacaq.
Qeyd edək ki, bundan əvvəlki “Açıq qapı” çərçivəsində dənizçilərlə onları narahat edən bir sıra problemlərin həlli yolunda maarifləndirici söhbətlər aparılıb, onların cv nümunələrinə yerindəcə baxılaraq nəzərdən keçirilib. Bir neçəsi mövcud vakansiyalar üzrə gəmidə işlə təmin olunublar.
“Açıq qapı”da iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə qeyd edilən tarixlərdə saat 11:00-da “United Alliance Group”un ofisinə yaxınlaşa bilərlər.
Əlaqə: +994 12 564 13 49
Ünvan: Yusif Vəzir Çəmənzəminli küç 1996, Afen Plaza 2-ci mərtəbə 4-cü otaq
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14