“United Alliance Group”da dənizçilərlə növbəti “Açıq qapı” günü keçiriləcək

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 04.10.2023 16:05

“United Alliance Group” şirkətində növbəti “Açıq qapı” oktyabr ayının 18,19,20-si saat 11:00-da baş tutacaq.

Allmarinenews xəbər verir ki, 3 gün davam edəcək “Açıq qapı”da şirkətin partnyorluq etdiyi GN Group şirkətinin insan resurslarının, “Liman Sığorta və Təkrarsığorta Brokeri” və “ZenithSurvey” şirkətinin nümayəndələri dənizçilərlə görüşəcək.

Nümayəndələr dənizçilik sahəsində şəffaflığın təmin edilməsi, aparılan işin səmərəliliyinin artırılması, peşə fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə onlarla təcrübələrini bölüşəcək.

Görüş çərçivəsində dənizçilərə hazırda mövcud olan iş vakansiyaları barədə məlumat veriləcək. Qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı dənizçilərin seçiminin aparılmasına imkan yaranacaq. Dənizçilərin "Dənizçilikdə Əməyə Dair Beynəlxalq Konvensiya"nın hüquqları barədə məlumatlar diqqətə çatdırılacaq.

Eyni zamanda onları narahat edən bir sıra problemlərin həlli yolunda maarifləndirici söhbətlər aparılacaq.

“Açıq qapı” layihəsi çərçivəsində “United Alliance Group”da mütəmadi olaraq dənizçilik şirkətinin nümayəndələri ilə dənizçilərin sosial rifahının yaxşılaşdırılması və onların xarici dövlətlərin beynəlxalq ticarət bayraqlı gəmilərində işə düzəlmə prosesində şəffaflığın təmin olunması məqsədi ilə bu kimi görüşlər keçiriləcək.

Qeyd edək ki, “Açıq qapı” 20 oktyabra qədər davam edəcək.

Görüşdə iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə qeyd edilən tarixlərdə saat 11:00-da ofisimizə yaxınlaşa bilərlər.

Əlaqə: +994 12 564 13 49

Ünvan: Yusif Vəzir Çəmənzəminli küç 1996, Afen Plaza 2-ci mərtəbə 4-cü otaq